Prezidentin seçkilər zamanı yazdığı məktublar ələ keçirildi

Beynəlxalq VikiLiks saytı Fransa Prezidenti Emmanuel Makronun prezident seçkiləri zamanı yazdığı 21 mindən çox təsdiq edilmiş elektron məktublar arxivini yayımlayıb.

Publika.az xəbər verir ki, arxivdə 2009-cu il mart ayından bu günə qədər yazılan 21075 təsdiq edilmiş məktub yer alıb.

Sayt arxivdə 71848 elektron məktub olduğunu, ancaq bunlardan 21075-nin təsdiq edildiyini bəyan edib.

Sayt elektron məktubların Makronun seçki kampaniyasına aid olduğunu Domen tuşlarını müəyyənləşdirən poçt (DKİM) adlı sistem vasitəsilə təsdiq edildiyini bildirib.

Fransa prezidentinin seçkilər zamanı yazdığı məktublar ələ keçirildi