Prezidentin qardaşı həbs edildi

İran prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Fereydun həbs olunub. 

Bu barədə İran mətbuatında məlumat yayılıb. Məlumata görə, prezidentin qardaşı maliyyə cinayətlərində təqsirli bilinir. 

Hadisənin təfərrüatları hələlik açıqlanmır. Hüseyn Freydun həm də Həsən Ruhaninin müşaviri vəzifəsini daşıyıb.

H. Fereydun 2015-ci ildə İranın nüvə proqramına dair danışıqlarda ölkənin rəsmi nümayəndəsi olub.

Rakurs TV