Prezidentin maşını piyadanı vurdu - Video

Ukrayna Prezidenti Petro Poroşenkonun kortejində olan avtomobil yaşlı sakini vurub.

Trend xəbər verir ki, hadisə nəticəsində xəsarət alan piyada xəstəxanaya çatdırılıb.

Qeyd olunur ki, yol polisinin qadağanedici işarəsinə baxmayaraq həmin şəxs qaçaraq yolu keçməyə çalışıb. Həmin an qəza baş verib. Yaralı piyadaya hadisə yerində ilk yardım göstərilib.

Kortejdə olan digər avtomobillər hərəkətini davam etdirib.