Prezidentin kürəkəni Azərbaycan - Rusiya Şurasına başçılıq edəcək

Prezidentin kürəkəni Azərbaycan - Rusiya Şurasına başçılıq edəcək
 

Azərbaycan - Rusiya işguzar şurasının növbəti ümumi iclası keçirilib.

Azərbaycan İqtisadiyyat nazirliyinə istinadla xəbər verilir ki, toplantıda təşkilatı məsələlərə baxılıb, şuranın yeni üzvləri təsdiqlənib.

Azərbaycan - Rusiya işguzar şurasının İdarə heyətinə Səməd Qurbanov başçılıq edəcək.

Həmçinin qeyd edilib ki, Azərbaycanla Rusiya arasında əlaqələr müxtəlif, o cümlədən iqtisadi sahələrdə uğurla inkişaf edir və Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir.