Prezidentin evini mühafizə edən polis postda intihar edib

Xüsusi təyinatlı Ukrayna Milli Polisinin əməkdaşı, prezident Petr Poroşenkonun evini mühafizə edən baş çavuş Sergey Qalasyuk özünü öldürüb.

Bu barədə “Strana.ua” saytı mənbəyə istinadən məlumat yayıb.

Hadisə fevralın 23-də baş verib. S. Qalasyuk P. Poroşenkonun evi yaxınlığında mühafizə xidməti aparan zaman intihar edib.