EURO : 1,858 TRY : 0,2502 USD : 1,7 RUB : 0,0238
Prezidenti tənqid etdiyi üçün özbək bloger həbs olunub

Prezidenti tənqid etdiyi üçün özbək bloger həbs olunub

Jurnalistləri Müdafiə Komitəsi  özbək bloqerə azadlıq tələb edib. 
 
Azadlıq Radiosu xəbər verir ki, sentyabrın 16-da komitə bloqer Nodirbek Hojimatovun sosial mediada ölkə prezidentini tənqid etdiyi üçün 10 günlük həbsə məhkum edilməsini pisləyir. 
 
Bloqerin sentyabrın 12-də Prezident Shavkat Mirziyoyevin şərəfinə təhqir etdiyinə görə həbs olunub.
 
Belə bir pozuntu üçün həbs nəzərdə tutulmayıb, 950 dollar cərimə var.
 
Hojimatov feysbukda prezidentə açıq məktubunda iki yerli məmurla bağlı korrupsiya araşdırması aparmağa çağırırdı.
 
"Son illər Özbəkistan hakimiyyəti mətbuat azadlığı mühitini yaxşılaşdırmaq yönündə addımlar atıb. Ancaq bloqer Nodirbek Hojimatov-un həbsi tənqidi nitqə görə hələ də cəzanın qalması siqnalı göndərir”, – CPJ-nin Avropa və Orta Asiya proqram koordinatoru Gulnoza Said deyib və bloqeri dərhal azad etməyə çağırıb.
 
Hojimatovun atası Radio Ozodlika söyləyib ki, yerli prokuror oğluna sosial mediada tənqidi postları ilə əlaqədar xəbərdarlıq edib.

Facebook