Prezidenti qarşılamağa gedən təyyarə xarab oldu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Soçidə qarşılamağa gedən Rusiya nümayəndə heyətinin təyyarəsi xarab olub.

Xarici mediaya istinadla xəbər verilir ki, hadisə Moskvanın Vnukovo aeroportunda baş verib.

Tu-204 təyyarəsi bu səbəbdən havaya qalxa bilməyib. Bununla bağlı Rusiya prezidentdinin nümayəndəsi Yelena Krılova məlumat verib.

O bildirib ki, buna görə nümayəndə heyəti üçün başqa təyyarə sifariş edilib.