Prezidentdən bloklanmış saytlara daxilolma texnologiyalarına qadağa

Rusiya prezidenti Vladimir Putin ölkədə bloklanmış saytlara daxilolma texnologiyalarını qadagan edən qanun imzalayıb.

Müvafiq sənəd bu gün rəsmi saytlarda dərc edilib. Əksər normalar 2017-ci ilin noyabrın 1-dən, bəziləri isə dərc edilən gündən qüvvəyə minir.

Qanunun təsiri altına bütün proksi və VPN-servislər, həmçinin anonim şəbəkələr olan Tor, I2P və Freenet də düşür.