Prezident xalq düşməni elan olundu

Venesuela hökuməti Peru Prezidenti Pedro Pablo Kuçinskini xalq düşməni elan edib.

Bu barədə Venesuelanın Xarici İşlər Nazirliyindən informasiya verilib.

Venesuela hakimiyyəti bu addımı Peru prezidentinin rəsmi Karakasın daxili işlərinə qarışmağa və 2 ölkə arasında tarixən formalaşmış qarşılıqlı əlaqələri qoparmağa cəhd etməkdə günahlandırılıb.

Qeyd edək ki, bir qədər əvvəl Peru Venesuela səfirini ölkədən qovub.