Prezident sionizmi dəstəklədiyini bəyan etdi

Eastnews.org-un verdiyi xəbərə görə, Fransa prezidenti Emmanuel Makron Parisdəki yəhudilərin deportasiya edilməsinin 75-ci il dönümündə çıxış edib.

O, siyasi rəqibi olan Marie Le Pen və 2-ci dünya müharibəsində nasistlərlə əməkdaşlıq edən Viçi hökuməti Fransasını təmsil etmədiyini vurğulayıb. “Bu gün anti-sionizm dedikləri şey əslində anti-semitizmin yenidən ortaya çıxmış formasıdır”, deyə Emmanuel Makron diqqətə çatdırıb. Prezident sionizmə dəstək olduğunu açıq şəkildə qeyd edib.