Prezident seçkisinin nəticəsi saxtakarlığa görə ləğv edildi

Keniyanın Ali Məhkəməsi ölkə tarixində ilk dəfə olaraq prezident seçkilərinin nəticələrini ləğv edib. Bu yaxınlarda keçirilmiş prezident seçkilərinin nəticələri saxtakarlıq iddiaları ilə böyük qalmaqala səbəb olmuşdu. Ali Məhkəmə seçkilər prosesində baş vermiş qanun pozuntuları faktlarına əsaslanaraq nəticələri ləğv edib və yeni prezident seçkilərinin 60 gün ərzində keçirilməsi qərarını verib.

Ötən ay seçki komissiyası hazırkı prezident Uxuru Keniatanı prezident seçkilərinin qalibi elan etmişdi. Müxalifətin namizədi Rail Odinqa internet vasitəsilə nəticələrin saxtalaşdırıldığını bəyan edərək nəticələri qəbul etmədiyini bildirmişdi.

azadliq.info