“Prezident seçilməsəm traktor şoferi olaram”

“2018-ci ildə prezident seçkilərində qalib gəlməsəm traktor şoferi olacam”.
 
Unikal.org-a istinadən xəbər verilir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin traktor zavodunun açılış mərasimində bildirib.
 
Zavodun açılışında Putin prezident seçkiləri ilə əlaqədar bir zarafat edib. “Əgər prezident seçilməsəm 18 martdan sonra bura gələcəm və traktor sürücüsü kimi çalışacam”.
 
Zavodda işləyənlər prezidentin bu çıxışını gülüşlə qarşılayıblar.
 
Xatırladaq ki, Rusiyada president seçkiləri bu ilin mart ayının 18-də keçiriləcək. Putin seçkilərdə vahid namizəd kimi iştirak edəcəyini açıqlayıb.