Prezidentə qarşı korrupsiya ittihamı irəli sürüldü

Braziliya prezidenti Mişel Temerə qarşı rəsmi korrupsiya ittihamı irəli sürülüb

Bu barədə "Reuters" məlumat yayıb. Məlumata görə, ittihamı ölkənin baş prokuroru Rodriqu Jano irəli sürüb. O, müvafiq sənədi Braziliya Konqresinin aşağı palatasına təqdim edib.

Konqres üzvlərinin üçdə ikisi təqdim edilən sənədi dəstəkləyəcəyi halda Mişel Temerə qarşı cinayət işi açılacaq. Ölkə qanunvericiliyində belə nəzərdə tutulur. Prezidentə yaxın koalisiya isə əmindir ki, təqdim edilən sənəd rədd ediləcək.

Qeyd edək ki, bu ilin mayında Braziliyanın Ali məhkəməsinə göndərilən səs yazısı ölkədə böyük qalmaqal yaradıb. Səs yazısında prezident Temer parlamentin aşağı palatasının sabiq spikeri Eduardo Kunyaya rüşvət verməyi təklif edib. Bundan sonra minlərlə insan küçələrə axışıb. Onlar prezidentin istefasını tələb edir. Eduardo Kunya sabiq prezident Dilma Russeffin impiçmentinin təşəbbüskarı olub. 

Xatırladaq ki, Braziliyanın sabiq prezidenti Dilma Rusef korrupsiya qalmaqalına görə istefaya gedib.

Rakurs TV