Prezident jurnalistlərin qatillərini tapmağa 10 gün vaxt verdi

Ekvador prezidenti Lenin Moreno ölkənin təhlükəsizliyinə cavab verən nazirlərə jurnalistlərin qətlində ittiham olunan canini tutmağa 10 gün möhlət verib.

Bu barədə “EFE” agentliyi məlumat yayıb.

“Təhqiqata cavabdehlik daşıyan nazirlər, onu bitirmək üçün öhdəliklərində 10 günləri var. Və əmin olun biz bunu edəcəyik”- deyə Moreno bildirib.

Prezident həmçinin cinayətdə ittiham olunan “Quaço” ləqəbli Volter Patrisio Alisal Vernasuya da könüllü şəkildə təslim olmaq üçün 10 gün möhlət verib.

Qeyd edək ki, martın 27-də “El Camerico” qəzetini iki jurnalisti və onların sürücüsü oğurlanıb. Onların redaksiyanı tapşırığı ilə Kolumbiya sərhədində iş üçün gedərkən əsir alındıqları bildirilib. Hadisə Esmeraldes əyalətinin Mataxe rayonunda baş verib. Hüquq mühafizə orqanlarının səyləri nəticəsiz qalmış və martın 30-da prezident Moreno tərəfindən üç KİV əməkdaşının qətli barədə məlumat verilib.