Prezident Bakıda bəzi rayonlara yeni başçılar təyin etdi

Prezident Bakıda bəzi rayonlara yeni başçılar təyin etdi

Dövlət başçısının 12 noyabr tarixli sərəncamları ilə bəzi şəhərlərin və rayonların icra başçıları dəyişib.

 

Belə ki, prezident Mərdan Camalovu Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edərək Lütvəli Babayevin yerinə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı təyin edib.

 

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov isə Şirvana icra başçısı təyin edilib. 

 

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Suraxanı rayonuna icra başçısı təyin edilib.

 

Parlamentin deputatı Elşad Həsənov Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

 

Rafiq Quliyev isə Xətai Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Bundan öncə həmin rayonunun icra başçısının müavini olub. 

Facebook