Poroşenko Saakaşviliyə söz verdi: “Şəffаf məhkəmə olacaq”

Ukrayna prezidenti Pyort Poroşenko Mixail Saakaşvili ilə bağlı şəffaf məhkəmənin keçiriləcəyini söz verib.

Ukrayna KİV-nə istinadən xəbər verilir ki, o bu barədə Litva prezidenti Dalya Qribuskayte ilə birgə mətbuat konfransı zamanı deyib.

“Əgər biz Saakaşvili ilə bağlı situasiyanı müzakirə ediriksə, bu hadisənin beynəlxalq aləmə heç bir mənası yoxdur. Çünki ortada konkret cinayət faktı var və biz istintaq işini açıq, məhkəmə prosesini şəffaf yerinə yetirməliyik”.

Bundan başqa, Poroşenko Saakaşvilinin addımlarından xoşbəxt olmadığını demişdi.