Poroşenko da “Skripal işi”nə qarışdı

Ukrayna prezidenti Petro Poroşenko Böyük Britaniyaya “Skripal işi”nə görə kömək təklif edib.  

“Qafqazinfo” Ukrayna prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, Poroşenko Böyük Britaniyanın Baş naziri Terezay Meylə telefon danışığı aparıb. Hər iki dövlət rəsmisi rus əsilli agent Serqey Skripal və qızının Solsberidə zəhərlənməsi məsələsini müzakirə edib. Ukrayna prezidenti Meyə bildirib ki, hadisənin araşdırılmasına görə kömək etməyə hazırdırlar. 

Krallığın Baş naziri  öz növbəsində isə 13 rus diplomatın Ukraynadan qovulması məsələsinə toxunub. Mey  Kiyevin Londonla həmrəylik göstərdiyini və kollektiv təhlükəsizliyə sadiqliyini göstərdiyini deyib.