Polisin öldürdüyü şəxsin ailəsinə 15 milyon dollar ödəniləcək

Bu barədə məlumatı ABŞ-ın "Seattle Times" agentliyi yayıb. Agentliyin məlumatına görə, ABŞ Federal Məhkəməsi polis tərəfindən öldürülən Leonard Tomasın ailəsinə 15 milyon dollar məbləğində kompensassiya ödənilməsi barədə qərar verib. Tomas 2013-cü ildə polislə yaranan qarşıdurma əsnasında serjant Brian Markert tərəfindən öldürülmüşdü. Həmin zaman o, silahsız olub. 

Məhkəmənin qərarına görə, 4 yaşlı oğlunun gözü qarşısında öldürülən Tomasın haqları pozulub.

Polislər isə iddia edirdilər ki, Tomas hadisə əsnasında oğlundan canlı qalxan olaraq istifadə edibmiş. Məhkəmə bu qərarı ilə polislərin iddiasını rədd edib. 

ABŞ-ın Viskonsin əyalətində də federal məhkəmə 2 polis tərəfindən öldürülən bir qadının ailəsinə 7 milyon dollar məbləğində təzminat ödənilməsi barədə qərar vermişdi.

Rakurs TV