Polisin məscidə ayaqqabı ilə girməsi müsəlmanları hiddətləndirib - Video

Böyük Britaniyada polis əməkdaşlarının məscidə xidməti ayaqqabı ilə daxil olmaları məsciddəki dindarların kəskin reaksiyası ilə qarşılaşıb.

RT-yə istinadla xəbər verilir ki, internetdə yayılmış video görüntülərə əsasən, müsəlmanlar ayaqqabılarını çıxartmadıqları üçün polislərə etiraz edirlər.

Polislər bildiriblər ki, onlara Bakingemşayə əyalətinin Hay Uikomb rayonundakı Taunfild məscidində mübahisə baş verməsi ilə bağlı müraciət daxil olub. Lakin faktı araşdırmağa gələn polislər məscidə daxil olarkən İslami prinsiplərə əməl etməyiblər və müsəlmanların etirazı ilə üzləşiblər.