EURO : 1,8883 TRY : 0,2957 USD : 1,7 RUB : 0,0267
Polis Müsavat rəhbərliyinə xəbərdarlıq etdi

Polis Müsavat rəhbərliyinə xəbərdarlıq etdi

Bu gün Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı, eləcə də Müsavat başqanının müavinləri Səxavət Soltanlı, Fərəc Kərimli və Razim Əmiraslanlı Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) olublar. 

 

Rakurs.tv xəbər verir ki, bu barədə Gülağa Aslanlı sosial şəbəkədə yazıb.  

 

O bildirib ki, idarədə onlara noyabrın 12-də paytaxtda hər hansı bir aksiya keçirəcəkləri təqdirdə məsuliyyətə cəlb olunacaqları barədə xəbərdarlıq edilib.

 

Qeyd edək ki, Müsavat Partiyası noyabrın 12-də Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) binasının qarşısında piket keçirmək barədə qərar qəbul edib və bununla bağlı quruma müraciət edib. BŞİH piketə razılıq verməyib.

 

Ancaq partiyadan noyabrın 12-i saat 15:00-da icazəsiz aksiya keçirəcəkləri bildirilmişdi.

 

 

 

Facebook