Polis işçiləri jurnalisti döydülər

Bu barədə "Vətənuğrunda" saytının əməkdaşı Arzu Abdulla məlumat paylaşıb.

Onun sözlərinə görə, sentyabrın 19-u Binəqədi rayonunda yerləşən Kəmalə-Nərmin şadlıq sarayında Azərbaycan İslam Partiyasının 25 illik yubileyinin keçirilməsi nəzərdə tutulub. Bunun üçün partiya bir həftə əvvəl restoran rəhbərliyi ilə danışaraq, razılıq alıb. Lakin tədbirin başlanmasına yarım saat qalmış Binəqədi rayon polis idarəsinin işçiləri restorana daxil olaraq, qonaqları təhqiramiz formada restorandan çıxardıblar. Onlar şadlıq sarayının suyunun zəhərli olduğunu bildiriblər. Bu zaman çəkiliş aparan jurnalist Arzu Abdullanı polis işçiləri döyərək, əlindən telefonunu alıblar.

Rakurs TV