Polisə hücum olundu, silahı əlindən alındı

Gəncədə mühafizə polisinin əməkdaşına hücum olub.

APA-nın məlumata görə, səhər saatlarında Gəncədəki banklardan birinin mühafizəçisi xidməti silahını təhvil verməyə gedərkən naməlum şəxs tərəfindən hücuma məruz qalıb.

Həmin şəxs polisin silahını götürərək ərazidən uzaqlaşıb.

Hazırda hüquq-mühafizə orqanlarını əməkdaşları polisə hücum edənin tapılması istiqamətində tədbirlər həyata keçirirlər.