Polis aksiyaçıları hədələdi

Yerevan polisi paytaxtda keçirilən etiraz aksiyasının iştirakçılarına kütləvi tədbirə son qoymağı tələb edib.

Publika.az "İnterfax"a istinadən xəbər verir ki, polis etirazçılara qarşı xüsusi vasitələrdən istifadə ediləcəyini bildirib. Hüquq-mühafizə orqanlarından xəbər verilib ki, Ermənistan polisi kütləvi tədbirə son qoymaq barədə qərar qəbul edib və aksiyanın təşkilatçılarından buna əməl etməyi tələb edib. Polis habelə təşkilatçılara iştirakçıları yubanmadan bu barədə məlumatlandırmağı tələb edib.

Qeyd edək ki, etirazçılar Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın baş nazir vəzifəsində namizədliyinin irəli sürülməsinə qarşı kütləvi aksiyalar keçirirlər. Aksiyalar zamanı baş vermiş toqquşmalar nəticəsində 46 nəfər xəsarət alıb.