Plastik paketlər qadağan edildi

Belçikanın paytaxtı Brüsseldə sentyabrın 1-dən etibarən mağazalarda birdəfəlik plastik paketlərin istifadə olunması qadağan edilib.

Bu qadağa paytaxtdakı bütün ticarət sahələrinə şamil edilib.

Yalnız meyvə və tərəvəz üçün plastik paketlərin 2018-ci ilin sentyabrınadək istifadə olunmasına icazə verilib. Hazırki qadağadan əvvəl alınmış plastik paketlər noyabrın 30-dək istifadə oluna bilər.

Qeyd edək ki, ötən il Fransanın supermarketlərində plastik paketlərin satışı qadağan edilmişdi.

Trend