PKK-ya göndərilən silahlar belə görüntüləndi: Foto

ABŞ-ın kürd silahlı qruplaşması olan YPG-yə verdiyi zirehli texnika Rakka yolunda görüntülənib. Xarici mətbuata istinadən bildirilir ki, “Reuters” tərəfindən görüntülənən zirehli texnika içərisində xüsusilə mina təmizləmə aparatları diqqət çəkib. Bundan başqa Hummer və 4*4 JİP-lər də var.

Terror təşkilatı olan PKK-nın Suriya qolu olan YPG-yə verilən bu silahların bölgədə qüvvələr nisbətini dəyişdirəcəyi ehtimal edilir.

“Anadolu” agentliyi isə silah və zirehli texnika daşıyan 100 TİR-ın İraq sərhədindən keçərək Hasekeyə girdiyini yazıb. Amerikadan YPG-yə indiyə qədər göndərilən silah-sursat maşınının 909 TİR olduğu bildirilir. Silahlar arasında 12 min “Kalaşnikov” avtomatı, 6 min makinalı tüfəng, 3500 ağır makinalı tüfəng, Amerika istehsalı olan 3 min RPG-7 və At-4, eləcədə Rusiya istehsalı olan SPG-9-lar var.