PKK-nın liderlərindən biri öldürüldü

Terrorçular siyahısında qırmızı vərəqədə yer alan PKK liderlərindən olan“Gülbahar” ləqəbli Hülya Eroğlu anti-terror əməliyyatı zamanı öldürülüb.

“milliyet”ə istinadən xəbər verilir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, noyabrın 2-dən etibarən Şırnakın Bestler-Derelerdə həyata keçirilən anti-terror əməliyyatları nəticəsində 31 terrorist öldürülüb. Onlar arasında PKK Beşli İdarəetmə Şurasının üzvü, “Gülbahar” kod adı olan Hülya Eroğlu da olub.

Nazirliyin məlumatına görə, bu şəxs Türkiyə daxilində qırmızı listədə yer alan yeganə terroristdir ki, PKK-nın yüksək qurumlarında təmsil olunur.