PKK-li dustaqlar divarı deşib qaçmaq istədi

Türkiyədə həbsxanada olan kürd terrorçular qaçmağa cəhd edib.

Türk mətbuatına istinadən xəbər verilir ki, Osmaniye Qapalı Həbsxanasından fərarilik etməyə çalışan 17 PKK-lının bu cəhdinin qarşısı alınıb.

Terror təşkilatı PKK üzvü olmaq cinayətindən həbsdə olan məhkumların otağından səslər gəldiyini eşidən keşikçilər vəziyyəti həbsxana rəhbərliyinə bildirib. Jandarm dəstələri ərazidə tədbir alındıqdan sonra kameraya girib.

Aparılan araşdırmada kamera divarının deşildiyi məlum olub.

Divarı deşmək üçün istifadə edilən fırça sapı, asılqan qolu və muncuq işləmə cədvəlinə əl qoyularaq, hadisə ilə bağlı istintaq başlanılıb.