PKK ilə Türkiyə ordusu arasında toqquşma: Qadın terrorçular öldürüldü

Türkiyə mediasına istinadən xəbər verilir ki, Tunceli Valiliyindən edilən açıqlamaya görə, Rayon Jandarm Komandanlığı tərəfindən Pülümür rayonunda keçirilən əməliyyatda 2-si qadın 3 terrorçu 1M-16 və 2 Kalaşnikov və hərbi texnika ilə birlikdə ölü ələ keçirilib.

Tunceli Valiliyi açıqlamasında, "Rayonumuzda terrorçu ünsürlərin zərərsizləşdirilməsi istiqamətində işlər əzm və qətiyyətlə davam etdirilir",- deyilib.