PKK-çılar türk bayrağına bürünürlər

PKK terrorçuları Türkiyənin İraqla sərhədinə yaxın bölgələrdə yeni tunellər qazmağa başlayıb.
Terrorçular türk əsgərinin gözündən yayınmaq üçün türk bayraqlı köynəklər geyinirək hərəkət edirlər.
Türkiyə kəşfiyyat orqanları PKK-nın “köstəbək” taktikasına keçdiyini, bu planla kəndlərdə yeni tunellər, mağaralar qazdığını, daha sonra mağaralara qruplar şəklində yerləşəcəyini açıqlayıb.