Peskov: Türkiyənin Qarabağda monitorinq mərkəzini yerləşdirməsi Kremlin yanaşması ilə üst-üstə düşmür

Peskov: Türkiyənin Qarabağda monitorinq mərkəzini yerləşdirməsi Kremlin yanaşması ilə üst-üstə düşmür

“Türkiyənin Qarabağda monitorinq mərkəzini yerləşdirəcəyi barədə bəyanatı Kremlin yanaşması ilə üst-üstə düşmür”.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

“Bu, bizim anlayışımıza uyğun deyil”, – Türkiyə prezidenti ofisinin Qarabağda atəşkəs şərtləri monitorinq mərkəzini Azərbaycanın işğaldan azad etdiyi ərazidə yerləşdiməyi planlaşdırması barədə bəyanatını şərh edən Peskov deyib.

O, növbəti dəfə qeyd edib ki, Qarabağda birgə Rusiya-Türkiyə sülhməramlı kontingentinin yerləşdirilməsi haqda söhbət getmir. Bir gün əvvəl, noyabrın 10-da Azərbaycan və Türkiyə liderləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın Dağlıq Qarabağ ətrafındakı vəziyyəti müzakirə etməsi və bölgədə Türkiyə-Rusiya sülhməramlı mərkəzinin yaradılması barədə məlumat peyda olub.

Peskov elə həmin gün jurnalistlərə bəyan edib ki, Azərbaycan ərazisində Dağlıq Qarabağda monitorinq mərkəzinin yaradılması Azərbaycan, Ermənistan və Rusiya liderlərinin atəşkəs və onun şərtləri barədə birgə bəyanatında qeyd edilməyib, bu, “ayrı razılaşmanın predmetidir”. Mərkəz yaradılacağı halda məhz hansı ərazinin nəzərdə tutulduğu sualına cavab verən Peskov qeyd edib ki, “bu, Qarabağ deyil”.

Peskov həmçinin əlavə edib ki, Dağlıq Qarabağda rusiyalı sülhməramlıların funksiyaları, o cümlədən onların mədəni və dini obyektləri qoruması məsələsi hələ dəqiqləşdiriləcək. “Söhbət sülhməramlı kontingentdən gedir. Sözsüz ki, funksiyaları hələ dəqiqləşdirmək lazımdır, çünki bu funksiyalar iki prezident və Ermənistanın Baş nazirinin birgə bəyanatında konkretləşdirilməyib”, – Peskov deyib.

O əlavə edib ki, rusiyalı sülhməramlıların bölgədə mədəni və dini obyektləri qoruması barədə heç bir söhbət olmayıb. “Bunun onların öhdəliyinə girib-girmədiyini burada da deyə bilmərəm”, – o söyləyib.

Facebook