Peskov Qarabağda İskəndər raketinin istifadəsi barədə: Heç nə deyə bilmərəm

Peskov Qarabağda İskəndər raketinin istifadəsi barədə: Heç nə deyə bilmərəm

“Raketlə bağlı heç nə deyə bilmərəm, heç bir məlumatım da yoxdur"

"İnterfaks"ın aprelin 7-də verdiyi xəbərə görə, bunu "Putinin Azərbaycan tərəfinin "İsgəndər" raket kompleksində ixrac markasını deyil, Rusiyadaxili markanı tapması ilə bağlı bəyanatından xəbərinin olub-olmadığı" barədə jurnalistlərin sualına cavabında Kremlin mətbuat katibi Dmitri Peskov deyib. 

Kreml rəsmisi Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı müzakirələr barədə də danışıb. 

"Əlbəttə ki, Qarabağa dair birgə üçtərəfli bəyanatlar necə həyata keçirilir, ərazidə dinc həyat necə qurulur, nəqliyyat infrastrukturunun inkişafı və açılması və sair bu kimi mövzular da müzakirə ediləcək", - deyə Peskov qeyd edib.

Bu gün paytaxt Moskvada Putinlə Paşinyan arasında görüş baş tutub. 

“Qarabağda vəziyyətin normallaşdırılması ən aktual və təcili problemdir”, - Rusiya prezidenti görüşlə bağlı açıqlamasında deyib. 

“Əlbəttə, ikitərəfli münasibətlər nöqteyi-nəzərindən bizim müzakirə edəcəyimiz məsələlər var. Ən aktual, ən kəskin problem təbii ki, Dağlıq Qarabağ və onun ətrafındakı vəziyyətin normallaşmasıdır”, - Putin bildirib və əlavə edib ki, regionda nəqliyyat marşrutlarının bərpası Ermənistana inkişaf üçün yeni imkanlar qazandıracaq.

Facebook