Peskov görüşdə müzakirə ediləcək mövzuları açıqlayıb

Peskov görüşdə müzakirə ediləcək mövzuları açıqlayıb

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinlə ABŞ Prezidenti Co Bayden arasında bu ilin sonuna qədər baş tuta biləcək danışıqların mövzularını açıqlayıb.

Peskov bu barədə Birinci Kanalın efirində bildirib.

""Təbii ki, Ukrayna ilə bağlı çoxlu mübahisə var. Digər məsələ isə biganə qala bilmədiyimiz və narahatlıq doğuran, ən əsası isə adekvat tədbirlərin görülməsi zərurətinə səbəb olan NATO silahlı qüvvələrinin bizə qarşı təxribat xarakterli hərəkətləri olacaq”, deyə Kremlin sözcüsü vurğulayıb.

Peskov hələlik görüşün konkret tarixinin bilinmədiyini desə də, yeni ilə qədər təmasların mümkünlüyünə aydınlıq gətirib: “Amma bəlkə də daha sonra baş tutsun. Bu, daha çox prezidentlərin iş qrafikindən, eyni zamanda, hansı formatı seçmələrindən asılı olacaq. Moskva üçün videoformata üstünlük verilir, lakin buna dövlət başçıları qərar verəcək”.

Diplomat əlavə edib ki, konkret detallar barədə danışmaq hələ tezdir.

Facebook