Paytaxtın sosial-iqtisadi göstəriciləri

Paytaxtın sosial-iqtisadi göstəriciləri

Bakı Şəhər Statistika İdarəsi yeni göstəricilər açıqlayıb. Rəsmi hesabata görə, 2021-ci ilin yanvarında paytaxt sənayesində istehsal edilmiş malların və göstərilmiş xidmətlərin həcmi 2,9 milyard manat olub, sənaye məhsulunun 78,7 faizi mədən sektorunun payına düşüb.

Yanvarda tikinti müəssisələrinin yerinə yetirdiyi inşaat işlərinin 57 faizi tikinti, yenidənqurma və genişləndirmə, 7,2 faizi əsaslı təmir, 6,9 faizi cari təmir, 28,9 faizi başqa tikinti işləri kimi göstərilir.

Məlumata əsasən, yanvarda ticarət dövriyyəsinin həcmi 2020-ci ilin ilk ayı ilə müqayisədə 0,6 faiz, ictimai iaşə dövriyyəsi real ifadədə 72,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri real ifadədə 35,6 faiz azalıb.

Qeyd olunur ki, muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı yanvarın 1-nə 927,2 manata çatıb.

 

Facebook