Paytaxtda yaşayış binasında yanğın: sakinlər təxliyə edildilər

Bakıda yaşayış binasında yanğın olub.

FHN xəbər verir ki, Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının çardağında ümumi sahəsi 12 kvadratmetr olan köməkçi otaqda məişət əşyaları yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 6 nəfər bina sakini təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 14:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.