EURO : 1,8796 TRY : 0,2939 USD : 1,7 RUB : 0,0267
Paşinyanın Vladimir Putinlə görüşünü istisna etmirik

Paşinyanın Vladimir Putinlə görüşünü istisna etmirik

“Nikol Paşinyan mayın 8-də baş nazir seçilərsə, mayın 14-də onun Rusiya prezidenti Vladimir Putinlə görüşünü istisna etmirik”.

Bunu Nikol Paşinyanın mətbuat katibi Tiqran Avinyan bildirib.

Qeyd edək ki, mayın 14-də Rusiyanın Soçi şəhərində dövlət başçılarının Avrasiya İqtisadi İttifaqı Ali Şurasının iclası keçiriləcək. Bu görüşün də həmin toplantı çərçivəsində reallaşacağı gözlənilir.

Xatırladaq ki, mayın 8-də Ermənistan parlamentində baş nazir seçkisinin ikinci turu keçiriləcək. Bu posta yeganə namizəd Nikol Paşinyandır. Mayın 1-də keçirilən brinci turda o lazım olan 53 səsi toplaya bilməmişdi. (report)

Facebook