Paşinyan SSRİ Konstitusiyasına yalan istinad edib – Azərbaycan XİN

Paşinyan SSRİ Konstitusiyasına yalan istinad edib – Azərbaycan XİN

Ermənistan baş naziri Nikol Paşinyanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Konstitusiya ilə Azərbaycandan ayrılmaq hüququnun olduğu barədə iddiaları əsassızdır, bu barədə Azərbaycan XİN-in mətbuat katibi L.Abdullayevanın bəyanatında deyilir.

SSRİ Konstitusiyasının 78-ci Maddəsinə əsasən müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməzdi. Eyni zamanda, erməni millətçilərinin DQMV-nin Azərbaycan SSR-dən ayrılmasına yönəlmiş qanunsuz hərəkətləri ilə əlaqədar, SSRİ ali qurumları öz qərarlarında mövcud sərhədlərin dəyişdirilməsinin mümkünsüzlüyünü birmənalı şəkildə təsdiq etmişdi.

Misal üçün, 1990-cı il 10 yanvar tarixində SSRİ Ali Sovetinin Prezidiumunun qəbul etdiyi və Dağlıq Qarabağın Azərbaycan SSR-dən ayrılması cəhdlərinin qanunsuz olduğunu vurğulayan “Ermənistan SSR Ali Sovetinin Dağlıq Qarabağa dair 1 dekabr 1989-cu il və 9 yanvar 1990-cı il tarixli qərarlarının SSRİ Konstitusiyasına uyğun olmaması barədə” qərarı. Bu mövqe, eyni ilə SSRİ Dövlət Şurasının 27 noyabr 1991-ci il qərarı və növbəti gün SSRİ Konstitusiya Nəzarət Komitəsinin qəbul etdiyi qərarda da öz əksini tapıb.

Paşinyan DQMV yerli şurasının öz müqəddəratını müəyyən etmək hüququndan istifadə etdiyini qeyd edir, lakin baş nazir Dağlıq Qarabağda 1991-ci ilin 10 dekabrında separatçıların keçirdiyi “müstəqillik referendumunun” muxtar vilayətin hüquqi baxımdan tərkib hissəsini təşkil etdiyi Azərbaycanın razılığı olmadan və bu bölgənin azərbaycanlı əhalisinin iştirakı olmadan keçirildiyini söyləmir.

Xocalı soyqırımını təkzib edərək, bunu yalan adlandıran baş nazir, deməli Ermənistandan da daxil olmaqla çoxsaylı müstəqil mənbələr, yerli və beynəlxalq kütləvi informasiya vasitələri və bu faciənin şahidlərinin ifadələrini yalan hesab edir.

“Görünür, öz müqəssirliyini utanmadan etiraf edən Ermənistanın o dövrdəki müdafiə naziri və keçmiş prezidenti Serj Sarkisyan xarici jurnalistə müsahibəsində dediyi: “Xocalıdan qabaq azərbaycanlılar düşünürdü ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməyən xalqdır. Biz bu stereotipi sındırdıq” ifadələrindən də N.Paşinyanın xəbəri yoxdur”, deyə Abdullayeva qeyd edib.

Facebook