EURO : 1,858 TRY : 0,2502 USD : 1,7 RUB : 0,0238
Paşinyan Lavrova və Həsənova cavab vermək istəmir

Paşinyan Lavrova və Həsənova cavab vermək istəmir

Ermənistan öz imkanlarını nümayiş etdirərək tamamilə yeni xarici siyasət konsepsiyası qurur. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan çərşənbə günü parlamentdə çıxışında deyib.

Artıq Ermənistan “üçüncü dərəcəli ölkə” statusu ilə barışmaq niyyətində deyil və özünü onun fikri ilə hesablaşmağın lazım gəldiyi dövlət kimi göstərəcək, - o  deyib.

Onun sözlərinə görə, hökumət Ermənistanın xarici tərəfdaşlarından analoji münasibət tələb edir, belə mövqenin müəyyən risklər yaratdığını etiraf etsə də hökumət geri çəkilmək fikrində deyil.

“Biz qərar verməliyik, başımızı əlimizlə örtməliyik ki, bizi vurmasınlar, yoxsa lazım olduğunda zərbəni qəbul edib, cavab zərbəsi endirməliyik”, -  “Sputnik Armenia” Pashinyandan sitat gətirib.

Qarabağ mövzusu ilə əlaqədar Rusiya XİN rəhbəri Sergey Lavrov və Azərbaycanın müdafiə naziri Zakir Həsənovun bəyanatına niyə cavab verməməsi ilə bağlı deputat Naira Zöhrabyanın sualının cavabında  Paşinyan bildirib ki, heç bir lider bu məsələdə o qədər açıq olmayıb və öz mövqeyini bu qədər dəqiq ifadə etməyib.

O, nizamlanmanın mərhələli həlli barədə Lavrovun bəyanatından və müharibənin başlamasının mümkünlüyü  barədə Həsənovun təhdidinə birbaşa cavab verməkdən yayınıb. Paşinyan, sadəcə, təkrarlayıb ki, nizamlanma Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan üçün məqbul olmalıdır.

Facebook