Partiya sədri dini geyimin qadağan olunmasını istədi - Video

Avstraliyada partiya rəhbəri ölkədə pərəncə geyiminin qadağan edilməsini istəyib

Rakurs TV-nin məlumatına görə, "Bir millət" partiyasının sədri Polin Henson bu məqsədlə parlamentin iclasına pərəncə geyinərək gəlib. Lakin onun davranışı birmənalı qarşılanmayıb. Avstraliya baş prokuroru Corc Brendis partiya liderinə xəbərdarlıq edib. Baş prokuror ölkədə yaşayan insanların inancına toxunmağın yolverilməz olduğunu bildirib və P. Hensonun istəyini rədd edib.

Qeyd edək ki, pərəncə müsəlman qadınların istifadə etdiyi geyim növüdür. Həmin geyim qadınların bütün bədən və üz nahiyyəsini örtür. Bu geyimdə qadınların yalnız gözləri görünür.