Parlamentdə dava - Foto

Türkiyə Böyük Millət Məclisində 2018-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı xoşagəlməz olay baş verib.

Xarici mediaya istinadla xəbər verilir ki, Cumhuriyyət Xalq Partiyasının qrup rəhbəri Özgür Özəl partiyasının üzvü Musa Cama söz verilməməsinə əsəbiləşib. O, hakim Ədalət və İnkişaf Partiyasından olan deputat Alim Tuncu təhqir edib.

Bundan sonra tərəflər arasında mübahisə başlayıb. Mübahisə qısa zamanda davaya çevrilib. Digər deputatların müdaxiləsindən sonra ara sakitləşib.