Pakistanda terrorçular hərbçilərə hücum edib

Pakistanda terrorçular hərbçilərə hücum edib

Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətindəki hərbiləşdirilmiş Sərhəd Korpusunun postuna terrorçular tərəfindən edilən hücum nəticəsində ən azı yeddi hərbçi həlak olub.

Bu barədə “Sinxua” agentliyi Pakistan Ordusunun mətbuat xidmətinə istinadən xəbər verib.

Qeyd olunub ki, təhlükəsizlik rəsmiləri ilə terrorçular arasında atışma ötən gün axşam (26 dekabr - Red) baş verib. Hərbçilər yaraqlıların hücumunu dəf etməyə müvəffəq olublar. Bundan sonra ərazi mühasirəyə alınıb və qaçan terrorçuları ələ keçirmək üçün əməliyyat başlayıb.

Facebook