Özəl ali məktəblərdə boş qalan plan yerlərinin sayı açıqlandı

Bu il Azərbaycanda özəl ali məktəblərə qəbul olan (I mərhələ üzrə) abituriyentlərin sayı açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, 2017/2018-ci tədris ili üzrə 6245 plan yerinə 3666 nəfər qəbul olub. Onlardan 3506-sı Azərbaycan, 160-ı Rus bölməsinin məzunlarıdır.

Özəl ali məktəblərə qəbul olan 3666 nəfərin 437-si I, 1665-i II, 1408-I III, 108-I IV, 48-I isə V ixtisas qrupunu seçib.

Bu il özəl ali təhsil müəssisələrinə qəbul olma faizi 58.70% olub (44.82%-i I, 52.61-i II, 81.39%-i III, 40.00%-i IV, 45.71%-i isə V qrup üzrə). Qəbul imtahanlarının I mərhələsinin nəticələrinə əsasən, özəl ali məktəblərdə 2579 (41.30%) vakant yer qalıb.