Ordu Bağdadinin xəlifəlik elan etdiyi məscidə çatdı

İraq ordusu terror qruplaşmasının lideri Bağdadinin 3 il öncə xəlifəlik elan etdiyi Nuri məscidinə doğru irəliləyir.

Bu barədə “Milliyyət” qəzeti yazıb. Yerli mənbələrin verdiyi məlumata görə, Mosul qız məktəbini terrorçulardan azad edən İraq ordusu artıq Nuri məscidinin 300 metrliyinə çatıb.

Xatırladaq ki, şəhəri azad etmək üçün sonuncu hücumu bazar günü başladan İraq ordusu terrorçuların 1000 nəfərdən çox mülki şəxsi qalxan kimi istifadə etməsi səbəbindən çox ehtiyatla hərəkət edir.