EURO : 1,8991 TRY : 0,294 USD : 1,7 RUB : 0,0271
Oqtay Əsədov Rusiyaya gedir

Oqtay Əsədov Rusiyaya gedir

Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti MDB PA-ın Şura və növbəti plenar iclasında iştirak etmək üçün noyabrın 20-dən 22-nə kimi Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində səfərdə olacaq.

Rakurs.tv xəbər verir ki, nümayəndə heyətinin tərkibinə deputatlardan Xanlar Fətiyev, Fəzail Ağamalı, Mirkazım Kazımov, Bəxtiyar Əliyev, Parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildilər.

 

MDB PA-ın Şura iclasında plenar sessiyada müzakirəyə çıxarılacaq məsələlər nəzərdən keçiriləcək. Toplantıda quruma üzv ölkələrdə seçkilərin müşahidəsinin təşkili, Qazaxstanda, Belarusda, Özbəkistanda bu sahədə görülmüş işlər, II Dünya müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş tədbirlər, təşkilatın fəaliyyətinin maliyəşdirilməsi və digər məsələlər müzakirə olunacaq.

Facebook