Oqtay Gülalıyevin səhhətində dəyişiklik yoxdur

Oqtay Gülalıyevin səhhətində dəyişiklik yoxdur

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi davam edir, hələlik heç bir dəyişiklik yoxdur, o, komadadır, bu barədə noyabrın 22-də fəalın həyat yoldaşı Firuzə Gülalıyeva bildirib.

 

O.Gülalıyevin qanında və ağciyərndə infeksiyanın aradan qaldırılması üçün də müalicə aparılır.

 

"Eyni zamanda, komadan ayıla bilməsi üçün müalicə gedir. Bu gün həkimlər noyabrın 20-də əməliyyatdan sonra yerləşdirilmiş kateteri çıxarmağı planlaşdırırlar", deyə Gülalıyeva bildirib.

Facebook