Onun ruhi xəstə olduğu müəyyən edilib

İyulun 14-də Bakıda məscidə hücum edən şəxslərlə bağlı tədbir görülüb.

Lent.az-a istinadən xəbər verilir ki, Təzəpir məscidində günorta namazı qılınan zaman əllərində qılınc və dini bayraqla ibadət evinə daxil olan və asayişi pozan şəxslərdən 1975-ci il təvəllüdlü Cahangirov Yaşar Əliqulu oğlunun ruhi-əsəb xəstəsi olduğu müəyyən edilib.

O, Nəsimi rayonunda yerləşən 2 saylı Ruhi-Əsəb dispanserinə yerləşdirilib.

Y.Cahangirovla birgə məscidə daxil olan Aydınov Əfqan Elman oğlu barəsində isə inzibati tədbir görülüb.

Xatırdadaq ki, onların yuxarıda qeyd olunan vəziyyətdə ibadət evinə daxil olması nəticəsində oradakı namaz qılanlarla aralarında gərginlik yaşanıb. Ardınca isə Yaşar Cahangirov və Əfqan Aydınov polis tərəfindən saxlanılıb.