"Onları başa düşməyəndə vicdan əzabı çəkirdim" - Video

“Mənim Dünyam” Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyi 2012-ci ildə yaradılıb. Bu məkanda xüsusi qayğıya ehtiyacı olan uşaqları, onların valideynlərini marifləndirmək, onlarla mütəmadi görüşlər keçirtməklə, bu tip uşaqlarla necə davranmalarını izah etmək qaydaları müəllimlər və təlimçilər tərəfindən izah olunur. Birliyin yaranmasında əsas məqsədlərdən biri eşitmə və danışma məhdudiyyətli uşaqlara xüsusi qayğının artırılması, cəmiyyətə inteqrasiyası, hüquq və vəzifələrinin qorunması, məqsədilə bu tip uşaqların problemlərini dövlət qrumlarına çatdırmaqda onlara yardım etməkdir. Eyni zamanda bu tip uşaqların vaxtlarının səmərəli keçirilməsi, müxtəlif qrup şəklində məşqələlər, turlar, gəzintilər təşkil etmək bu məqsədə daxildir.
Birliyin rəhbəri Cəmilə Abdulova ilə söhbətimiz zamanı o bizə birliyin yaranma ideyası barədə məlumat verərək, buranı yaratmaqda əsas məqsədin, eşitmə və nitq problemli uşaq və valideynləri bir araya gətirmək olduğunu bildirdi.