Ölən idmançının anası ondan meyidə görə 40 min pul istənildiyini deyir - Video

Azərbaycanlı idmançı, MMA növü ilə məşğul olan Xəzər Əliyev bir neçə gün əvvəl Livanın paytaxtı Beyrutda yol qəzası nəticəsində vəfat edib. 

X.Əliyev əslən Naxçıvanın Şərur rayonundandır və Ordubadda internatda böyüyüb.

İdmançının anası deyir ki, diplomatlar meyidə görə rüşvət tələb edir. İnternetdə yayılan səs-yazısında ana ondan 40 min dolara yaxın pul istənildiyini deyir: "Xəzərin meyiti 3 gündür ki, morqda qalıb. Hələ utanmaz-utanmaz siz məndən 40 min dollara yaxın pul istəyirsiz ki, meyiti göndərəsiz. Heç utanmırsız? Bəs siz nəyə görə orada çalışırsız? Səlahiyyəti və imkanı olan şəxslərdən xahiş edirik, bu məsələdə yardımlarını əsirgəməsinlər. Mən dövlət işində çalışıram, o qədər pulu hardan tapım? Mən sadəcə oğlumun meyidini istəyirəm.”

Qeyd edək ki, Azərbaycanın Livandakı səfiri Ağasəlim Şükürovdur.

Həmin səsyazını təqdim edirik: