EURO : 1,915 TRY : 0,2483 USD : 1,7 RUB : 0,024
Oktay Gülalıyev 3-cü dəfə əməliyyat olunur

Oktay Gülalıyev 3-cü dəfə əməliyyat olunur

"Bu gün atam Oktay Gülalıyev baş nahiyyəsindən növbəti dəfə əməliyyat olunur".

Bunu hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev bildirib.

O qeyd edib ki, atasının ilk əməliyyatı zamanı götürülmüş kəllə sümüyünün yerinə qoyulması üçün əməliyyat olunması vacibdir:

"Ümid edirik ki, son əməliyyat onun üçün müsbət dəyişiklərə doğru yol açacaq".

T.Gülalıyev xatırladıb ki, artıq 3-cü əməliyyatdır və məlum qəzadan 8 ay keçməsinə baxmayaraq hələ də atasının bu durumda olmasına səbəb olanlar cinayət məsuliyyətinə cəlb olunmayıblar:

"İstintaq işini aparan müstəntiqi işdən çıxarıblar. Həmçinin vəkil Fuad Ağayevin "City Hospital"da atamın əməliyyatının gecikdirilməsi ilə bağlı verdiyi vəsadətnamələri qəbul etməyiblər. Məhkəmə prosesini bilərəkdən uzadırlar. Dəstək olan hər kəsə ailəmiz adından təşəkkür edirəm".

Xatırladaq ki, Oktay Gülalıyev ötən ilin oktyabr ayında Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə vurulub. Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, sürücü Oqtay Gülalıyevi Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra Oktay Gülalıyev “City Hospital”a köçürülüb, oktyabrın 30-u saat 13 radələrində burada əməliyyat olunub. Beyin əzilməsi diaqnozu qoyulan Oqtay Gülalıyev noyabrın 1-də Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. Bir gün sonra Türkiyəyə aparılıb. Onun bütün müalicə xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Facebook