Oğuzda yol qəzasında ər-arvad yaralandı - Vəziyyətləri ağırdır

Oğuzda ağır yol qəzası baş verib.

Rakurs.tv-nin məlumatına görə, hadisə Qaraməryəm- İsmayıllı-Şəki avtomobil yolunda, Oğuz rayon ərazisində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində Oğuz rayon Kərimli kənd sakinləri- 1956-cı il təvəllüdlü Mahmudov Alxas Mahmud oğlu və həyat yoldaşı, 1956-cı il təvəllüdlü Mahmudova Malikə Abdulhüseyn qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

 

Yaralıların vəziyyəti ağır olduğundan onlar sonradan Şəki şəhər mərkəzi xəstəxanasına göndərilib.

Faktla  bağlı araşdırma aparılır.