Ödənişli təşviqata qoşulanlar artıb

11 aprel prezident seçkisinin ödənişli təşviqatına qoşulan media orqanlarının sayı 24-ə çatıb. 12 sayt, 8 qəzet, 3 agentlik, 1 televiziya belə qərar çıxarıb.
 
Ödənişli təşviqata qoşulmaq istəyən media qurumları Mərkəzi Seçki Komissiyasına bildirişlər göndərməli, ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları dərc etməlidir.
 
Martın 12-dək Report.az, Moderator.az, Cəbhə.info, Avropa.info, Aktual.az, Big.az, Sonxeber.az, Miq.az, Qazeta.info, Baymedia.az, Azernews.az, Day.az saytlarından bildiriş alınıb.
 
Bildiriş verən qəzetlər bunlardır: "Cümhuriyət”, "Olaylar”, "Səs”, "Palitra”, "Azərbaycan”, "Xalq qəzeti”, "Həftə içi”, "Xalq Cəbhəsi”.
 
"Səs”, "Olaylar” və "Trend” informasiya agentlikləri, İctimai Televiziya və Radio Yayımları Şirkəti də ödənişli təşviqatda iştirak qərarı veriblər.
 
Ödənişsiz təşviqat İctimai Televiziya və Radio Yayımları Şirkətində, "Azərbaycan”, "Bakinski raboçi” qəzetlərində və "Xalq qəzeti”ndə aparılacaq.
 
toplum.tv